Sabunçu Rayon İcra Hakimiyyətində “Dəmir Yumruq” adlı sənədli film nümayiş olundu
20 aprel 2021 | 20:00
21.04.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və RİH başçısı aparatının əməkdaşlarının iştirakı ilə “Dəmir Yumruq” adlı sənədli film nümayiş etdirildi.
İlk olaraq R.Fərəcova Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan milli azlıq nümayəndələrinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən söz açdı.
Daha sonra Real TV-nin təşkilatçılığı ilə lentə alınan, Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsi zamanı torpaqlarımız uğrunda döyüşlərdə bir yumruq kimi birləşərək milli vəhdət şəklində iştirakından bəhs edən "Dəmir Yumruq” adlı sənədli film nümayiş olundu.