Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonun Balaxanı qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

05 may 2021 | 20:00
   Balaxanı qəsəbəsinin Rahim Qədimov küçəsində “Bakı Abadlıq” MMC tərəfindən yenidən qurma və abadlıq işləri davam etdirilir. Belə ki, R.Qədimov küçəsinə yeni  asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin  rahat şəkildə gediş-gəlişi üçün hər cür şərait yaradılmışdır.
   Bundan əlavə olaraq Bakı Abadlıq Xidmətinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrinin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.
   Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
   Qeyd edək ki, Rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri mərhələli şəkildə aparılır. Həmçinin rayonun bütün qəsəbələrində təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.
 
Keçidlər