Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirildi
06 may 2021 | 20:00
07.05.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin unudulmaz xatirəsini dərin ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. A.Vəliyev qeyd etdi ki, Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı misilsiz qələbədən söz açan A.Vəliyev vurğuladı ki, bugün Ümummilli liderin daxili və xarici siyasətini onun layiqli davamçısı, qüdrətli və uzaqgörən lider cənab İlham Əliyev uğurla davam etdirir.
Sonda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular.

Ətraflı linkdə: https://www.facebook.com/sabunchurih/posts/1885108911652070