“Ailə həftəsi” layihəsi
08 may 2021 | 20:00
Layihəmizin II vebinarı BMT-nin Azərbaycan nümayəndəliyinin gender problemləri üzrə eksperti Canoğlan İlyasovun təqdimatında baş tutdu.
“Ailə və cəmiyyət: Erkən nikah problemi” mövzusu ilə çıxış edən Canoğlan bəy mövzu ətrafında geniş məlumatlar verdi, həmçinin iştirakçıların suallarını da cavablandırdı.
Dəyərli fikirlərinizə görə təşəkkür edirik, Canoğlan İlyasov!
Qeyd edək ki, “Ailə həftəsi” Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.