Sabunçu rayonunda “15 may - Beynəlxalq Ailə Günü” münasibətilə keçirilən “açıq qapı” günləri başa çatıb
23 may 2021 | 20:00
“15 may-Beynəlxalq Ailə Günü” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı kimi 18-20 may 2021-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən keçirilən 3 günlük “açıq qapı” günləri aksiyası yekunlaşıb.
Aksiyada, ümumilikdə, 50 ailə iştirak edərək psixoloji, hüquqi və sosial xidmətlərdən yararlanıblar.
Ailələr psixoloqlara ailədaxili münasibətlərin tənzimlənməsi (övlad-ana, bacı-qardaş, gəlin-qayınana münasibətləri), uşaqların psixoloji problemləri, ailədaxili gərginlik, autizm sindromlu uşaqların reabilitasiyası, uşaqların sosial adaptasiyasının pozulması, imtahan öncəsi həyəcan; sosial şəbəkə və virtual oyunlardan asılılıq, diqqətin yayınması kimi mövzularla müraciət ediblər. Valideyn-uşaq münasibətlərində yaranan gərginliklərlə bağlı müraciət edən ailələrə ilk növbədə həyəcan və stressi azaltmaq məqsədilə nəfəs texnikaları, autotreyninq və meditasiya metodları haqqında məlumat verilib, texnikalar əyani şəkildə göstərilib. Eyni zamanda, kiçik yaşlı uşaqlarla müxtəlif metodikalar üzrə praktiki işlər aparılıb.
Hüquqşünaslar tərəfindən uşaq hüquqları, mühafizə orderi, aliment alınmasında hüquqi dəstək və digər məişət problemlərinə dair ailələri narahat edən suallar cavablandırılıb.
Sosial müavinət, təqaüd ala bilmə, əlillik dərəcəsinin dəyişilməsi, kommunal xidmətlər, təhsildən yayınma, səhiyyə və digər mövzular üzrə sosial iş üzrə mütəxəssislərə müraciətlər edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Uşaqdan uşağa" layihəsi çərçivəsində uşaqlara hədiyyələr təqdim edilib.