Sabunçu rayonun Bakıxanov qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir
24 may 2021 | 20:00
Bakıxanov qəsəbəsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurma və abadlıq işləri davam etdirilir. Belə ki, qəsəbənin Ş.Kamilov 21, M.Hacınski 37, 39 ünvanlarında yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.
Bundan əlavə olaraq Bakı Abadlıq Xidmətinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrinin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.
Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri mərhələli şəkildə aparılır. Həmçinin rayonun bütün qəsəbələrində təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.