İntellektlər finala hazırdır
28 may 2021 | 20:00
Sabunçu məktəbliləri arasında II intellektual çempionatın növbəti qrup oyunu baş tutdu.
Onlayn şəkildə keçirilən bu mərhələdə 72 N-li məktəb-lisey - “ALFA” və 148 N-li tam orta məktəb- “Kainat” komandaları finala vəsiqə qazandı.
Sabunçu məktəbliləri arasında II intellektual çempionat Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Əziz İntellektlər, hər birinizə FİNAL mərhələsində bol uğur arzulayırıq.