Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qazilərinə dəstək məqsədilə görüşlər davam edir

03 iyun 2021 | 20:00
   04.06.2021-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə və Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı, Maştağa, Zabrat, Ramana və Bakıxanov qəsəbələri üzrə nümayəndələrinin iştirakı ilə rayonda yaşayan Vətən müharibəsi qaziləri ilə görüşlər keçirilmişdir.
   Görüşlərin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində xalqa qələbə sevincini yaşadan qazilərə psixoloji, hüquqi və mənəvi dəstək göstərmək və gənclərin paralimpiya hərəkatına cəlb olunmaları istiqamətində müvafiq iş aparmaqdır.
   Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirən qazilərimiz Məmmədzadə Murad Arif oğlu, Hüseynzadə Bəşir Nəbi oğlu, Xalıqov Seyidəkbər Vaqif oğlu, Cəfərov Hüseyn Fərman oğlu və Həsənov Rufin Rəfail oğlu öz döyüş hekayələrini bölüşərək xalqın diqqətini və sevgisini hər zaman hiss etdiklərini və bundan şərəf duyduqlarını bildiriblər.
   Qeyd edək ki, qazilərin Azərbaycanda keçirilməsi nəzərdə tutulan qılıncoynatma üzrə “Zəfər Kuboku”nda iştirakı nəzərdə tutulmuşdur.
 
Keçidlər