13 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidləri Rzayev Aslan Süleyman oğlu və Əliyev Tahir Mahir oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.
13 oktyabr 2023 | 14:24
13 oktyabr 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidləri Rzayev Aslan Süleyman oğlu və Əliyev Tahir Mahir oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Aslan Rzayev 21 yanvar 1995-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olub. 2001-ci ildə məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə məktəbi bitirib və həmin il Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompyuter texnikası” fakültəsinə qəbul olmuşdur, 2016-cı ildə universiteti bitirmişdir. 2016-ci il iyulun 25-i hərbi xidmətə yollanmışdır, Ağcabədi rayonunun Qiyamətdinli kəndində hərbi vəzifəsini yerinə yetirmiş, 2018-ci il yanvar ayının 11-i hərbi xidməti başa vurmuşdur. Xidmətdə olduğu müddətdə düşmən xətti ilə 60 metr məsafədə 1 il 3 ay ərzində postda öz vəzifəsini yerinə yetirmişdir. 2018-ci il avqust ayının 26-sı ailə həyatı qurmuşdur, 2019-cu il 21 may tarixində oğlu Altay dünyaya gəlmişdir. 2020-ci ilin 27 sentyabrda Vətənin müdafiəsi uğrunda döyüşlərə qatılmış, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 13 oktyabr tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və Xocavəndin azad olunması uğrunda medalları ilə təltif olunmuşdur.
Tahir Əliyev 20 iyul 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə 293 saylı tam orta məktəbə təhsil almış. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. Xidmət etdiyi Qazax N saylı hərbi hissədən döyüş bölgəsinə könüllü yazılıb. 27.09.2020 tarixdən Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. Füzuli uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 13 oktyabr 2020-ci ildə Füzuli rayonun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.