Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” qeyd olundu

22 iyun 2021 | 20:00
   23.06.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə əlaqədar tədbir keçirildi.  Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, sektor müdirləri və digərləri iştirak edirdilər.
   İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
  Tədbiri giriş sözü ilə açan Sabunçu  Rayon İcra  Hakimiyyətinin  başçısı  Adil Vəliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. A.Vəliyev ölkəmizdə uğurlu, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli liderin xidmətlərini vurğulayaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük nailiyyətlərinin qazanıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
  Daha sonra Milli Məclisin deputatı Əliabbas Salahzadə və Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov çıxış edərək dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi və onlara öz fəaliyyətlərində uğurlar arzuladılar.
  Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir sıra şəxslərə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman  və hədiyyələr təqdim olundu. Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Keçidlər