Sabunçu rayonunda Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edildi
24 iyun 2021 | 20:00
“26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” münasibətilə 25.06.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunmuş bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunmuş Vətən müharibəsi iştirakçılarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. A.Vəliyev Vətən müharibəsi zamanı xalqımızın həmrəyliyindən söz açaraq 44 günlük şanlı zəfər tarixində nəinki ölkə daxilində, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdiyini vurğuladı. Qeyd olundu ki, ölkə rəhbəri cənab İlham Əliyevin qətiyyətli mövqeyi, sarsılmaz iradəsi, 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və Ali Baş Komandanın rəhbərliyi ilə igid vətən oğullarının döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nəticəsində 30 illik həsrətə son qoyuldu.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri çıxış edərək vətənin azadlığı və ərazi bütövlüyü uğrunda əzmlə döyüşən və qələbə qazanan vətən oğullarına dərin minnətdarlıqlarını bildirdilər.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunmuş Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edildi. Təltif olunan Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.