Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə “Zəfər” turniri keçirildi

28 iyun 2021 | 20:00
   Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının təşəbbüsü ilə Sabunçu rayonunun Maştağa qəsəbəsində mini-futbol üzrə keçirilən “Zəfər” turniri başa çatdı.
   Turnirin bağlanış mərasimində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Abbasov, beynəlxalq dərəcəli hakim Asim Xudiyev və digər qonaqlar iştirak edirdilər.
   İctimai Birlik tərəfindən bütün nominasiyalar üzrə qaliblər, oyunların hakimləri, turnirdə iştirak edən Vətən müharibəsi iştirakçıları, veteran futbolçular və bir neçə şəhid ailəsi üzvü Fəxri Fərmanlarla təltif olundu.
   Sonda qalib komandaya kubok və digər qiymətli hədiyyələr təqdim edildi.
 
Keçidlər