Sabunçu rayon Ağsaqqallar Şurasının konfransı keçirildi
29 iyun 2021 | 20:00
30.06.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında Sabunçu rayon Ağsaqqallar Şurasının konfransı keçirildi.
Konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayon ağsaqqalları iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu öndərin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı A.Vəliyev konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzuladı. A.Vəliyev dahi şəxsiyyət, Ümummilli lider, müstəqil və müasir Azərbaycanın banisi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətimizin inkişaf yolundan söz açaraq siyasi liderin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğuladı. Qeyd olundu ki, Vətən müharibəsində Ali Baş Komandanın qətiyyətli addımları nəticəsində şanlı ordumuzun 44 gün müddətində qazandığı qələbə ölkəmizin və xalqımızın həyatında müstəsna əhəmiyyətə malikdir.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev öz çıxışında el ağsaqqallarının cəmiyyətdəki mövqeyini vurğulayaraq yeni formalaşan ağsaqqallar şurasının rayon təşkilatlarının qarşıya qoyduğu vəzifələrdən söz açdı və yeni seçiləcək heyətə uğurlar arzuladı.
Sonda təşkilati məsələlərə baxıldı və səsvermə nəticəsində Səməndər Məmmədov Sabunçu rayon Ağsaqqallar şurasının sədri seçildi. Konfransda həmçinin İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri də səsvermə yolu ilə seçildilər.