Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Zabrat qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

05 iyul 2021 | 20:00
   Zabrat qəsəbəsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurma və abadlıq işləri davam etdirilir. Belə ki, qəsəbənin Babək küçəsi 11b ünvanında yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır. Bakı Abadlıq Xidməti tərəfindən isə N.Nərimanov, Q.Bayramov küçələrində işıq dirəklərinin quraşdırılması prosesi başa çatdırılmışdır. Qəsəbədə yerləşən 307 saylı tam orta məktəb üçün əlavə 15 sinif otaqlı tədris korpusunun tikintisi və mövcud binanın əsaslı təmiri işləri davam etdirilir.
   Bundan əlavə olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrinin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.
Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
   Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri mərhələli şəkildə aparılır. Həmçinin rayonun bütün qəsəbələrində təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.
Keçidlər