Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçu Qədirli Elnur Rəcəb oğlunun ailəsinin mənzili əsaslı şəkildə təmir edilib

06 iyul 2021 | 20:00
   Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusu Qədirli Elnur Rəcəb oğlunun ailəsinin mənzili əsaslı şəkildə təmir olunduqdan sonra ailəsinə təhvil verilib. Rayon rəhbərinin tapşırığına əsasən daxili imkanlar hesabına mənzil əsaslı şəkildə təmir edilmiş, invertarlarla təmin olunmuş və yasayış üçün hər cür şərait yaradılmışdır.
   06.07.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu rayon Prokuroru İbrahim Ləmbəranski, RİH başçısının müavini Avtandil Hüseyn-zadə, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Əlizadə Fəqan, həmin şöbənin böyük məsləhətçisi Dünyamalıyev Fəqan, RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid  Məmmədəliyev Q.Elnurun ailəsini ziyarət etmişdir.
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev mənzildə aparılan təmir işləri ilə tanış olduqdan sonra onların problem və qayğıları ilə maraqlanmışdır.
   Qeyd edək ki,  Qədirli Elnur Rəcəb oğlu 27.08.1997-ci ildə İsmayıllı rayonu Diyallı kəndində anadan olmuşdur. 2004-cü ildə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 255 saylı tam orta məktəbdə 1-ci sinfə getmişdir. 2015-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı “Aprel Döyüşləri”nin iştirakçısı olmuşdur.
   Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir.
   Azərbaycan Respubliası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən 19 noyabr 2020-ci ildən etibarən Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçu hesab olunur.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchurih/posts/1931365147026446
 
Keçidlər