Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Şəbiyev Məməmməd Vaqif oğlunun xatirəsinə inşa edilmiş bulağın açılış olub

05 avqust 2021 | 20:00
   06 avqust  2021-ci ildə Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Şəbiyev Məməmməd Vaqif oğlunun ad günündə şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı cənab Adil Vəliyev, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
Tədbirdə çıxış edən Polkovnik Abdulla Qurbani şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs etmiş,  ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən danışaraq gənclərə nümunə göstərmişdir.
Şəbiyev Məhəmməd Vaqif oğlu 06.08.1998-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olmuşdur.
Sabunçu rayonu,  Zabrat qəsəbəsində yerləşən 71 saylı orta məktəbi bitirmişdir.
2013-cü ildə Cəmşid Naxçivanski adın Hərbi Liseyə daxil olmuşdur.
2016-cı ildə Cəmşid Naxcıvanski adına hərbi liseyi,2020-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim vəTədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.
Azərbaycan Respublikasının Müdafıə Nazirinin 19 iyun 2020-ci il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi verilib.
Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
04.10.2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
10.10.2020-ci ildə tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən İkinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Keçidlər