Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Məmmədov Elcan Zöhrab oğlunun xatirəsinə inşa edilmiş bulağın açılış olub

08 avqust 2021 | 20:00
   09 avqust 2021-ci ildə Ramana qəsəbəsində Vətən müharibəsi şəhidi Məmmədov Elcan Zöhrab oğlunun doğum günündə şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Ramana qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, Ramana bələdiyyəsinin sədri Turqay Qəribov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri  iştirak etmişdir.
   Tədbirdə çıxış edən nümayəndələr və digərləri şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs etmiş,  ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən danışaraq gənclərə nümunə göstərmişlər.
Daha sonra tədbirdə şəhidin övladlarının  ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Qeyd edək ki, Məmmədov Elcan Zöhrab oğlu  09.08.1989-cu ildə Tərtər rayonunda anadan olmuşdur. 2007-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəb bitirmiş və həmin ildə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdur. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılmışdır. 2018-ci ildə könüllü olaraq  xüsusi zabit kursu keçərək leytenant rütbəsi almışdır.
Vətən müharibəsi başlayan zaman Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
27.09.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
28.09.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Sərəncamı ilə ölümündən “Vətən uğrunda” medalı ilə təltif olunub.
   Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.
 

 

Keçidlər