Sabunçu rayonunda elan edilmiş dezinfeksiya həftəsi çərçivəsində qabaqlayıcı tədbirlər həyata keçirilir
12 avqust 2021 | 20:00
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin xüsusi tapşırıq və göstərişlərinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bütün rayon ərazisində dezinfeksiya həftəsi elan edilib.
Son günlərdə koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım müşahidə olunduğundan rayon ərazisində əsas və qəsəbə daxili yollarda, yaşayış binalarında, lift kabinalarında, binaların həyətyanı ərazilərində quraşdırılmış idman-əyləncə qurğularında, məişət tullantıları üçün nəzərdə tutulmuş konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür. Dezinfeksiya tədbirləri əvvəlcədən təyin olunmuş müvafiq qrafikə uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, bu kimi dezinfeksiya tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsində və koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində social məsuliyyət tədbirlərinin davam etdirilməsində əsas məqsədimiz vətəndaşlarımızı ümumbəşəri bəla olan koronavirus pandemiyasından qorumaqdır.
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusla mübarizənin səmərəliliyinin artırılması və daha çox yayılmasının qarşısını almaq üçün karantin qaydalarına ciddi riayət etsinlər.