Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon məktəbliləri “Lider olmaq istəyirəm!” adlı yay məktəbində uğurla iştirak etmişlər

14 sentyabr 2021 | 20:00
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində bu ilin noyabr ayında baş tutacaq Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə avqustun 30-da Forum iştirakçıları üçün açılan və sentyabrın 10-dək davam edən “Lider olmaq istəyirəm!” adlı yay məktəbində Sabunçu rayon məktəbliləri - 80 nömrəli tam orta məktəbin XI sinif şagirdi, Uşaq Səfirlər Məclisinin həmsədri Nurlan Cəbrayılzadə, 80 nömrəli tam orta məktəbin VIII sinif şagirdi, Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova, 198 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fidan Rəcəbova və 169 nömrəli tam orta məktəbin IX sinif şagirdi Elza Yeliseyeva uğurla iştirak etmişlər.
Qeyd edək ki, yay məktəbinin keçirilməsində məqsəd Forumda müzakirə ediləcək mövzularla bağlı uşaqları məlumatlandırmaq, onları iştiraka hazırlamaq və tədbirlərin idarə edilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Yay məktəbi çərçivəsində şagirdlər karantin qaydalarına uyğun olaraq 2 qrupda aidiyyəti mövzular üzrə mütəxəssislər və ekspertlər tərəfindən keçirilən təlimlərə qatılaraq müxtəlif intellektual və əyləncəli yarışlarda iştirak etmiş və maarifləndirici mövzular ətrafında təqdimatla çıxışlar etmişlər. Fəallığı ilə seçilən şagirdlərimiz diplom və mükafatlara layiq görülmüşlər.
 
Keçidlər