Sabunçu rayonunda Vətən müharibəsi qaziləriylə görüş keçirildi
17 sentyabr 2021 | 20:00
18.09.2021-ci il tarixdə rayonun Maştağa qəsəbəsindən olan Vətən müharibəsi qaziləriylə görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Maştağa bələdiyyəsinin sədri və Vətən müharibəsi qaziləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi qəhrəmanlıq nəticəsində əldə olunan misilsiz qələbədən söz açaraq xalqımızın 30 illik həsrətinə son qoyulduğunu və doğma torpaqlarımıza qovuşduğumuzu vurğuladı. Bu tarixi zəfərin əldə olunmasında canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edən A.Vəliyev bu şərəfli yolda sağlamlığını itirən qazilərimizə də şəfa dilədi. Qeyd olundu ki, Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan bu böyük qələbədə payı olan hər kəs daim dövlətimizin diqqət mərkəzində, xalqımızın qəlbindədir.
Bildirildi ki, rayon üzrə şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət edilir, onların problemləri öyrənilir və bu problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla birlikdə lazımi işlər aparılır.
Daha sonra Vətən müharibəsi qaziləri keçdikləri şərəfli döyüş yolundan söz açaraq öz təəssüratlarını bölüşdülər. Dövlətimiz tərəfindən göstərilən daimi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyev və Birinci Vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirən qazilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda hər an Vətənin keşiyində durmağa hazır olduqlarını vurğuladılar.
Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Vətən müharibəsi qazilərinin hər birinin səhhəti, məişət qayğıları və problemləri ilə maraqlanaraq onları narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verdi.