Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Susma, səsini eşitdir!” adlı yeni layihə həyata keçirilir

20 sentyabr 2021 | 20:00
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı ilə mübarizə çərçivəsində zorakılıq hallarının erkən aşkar edilməsi, risk qrupuna daxil olan ailələrin müəyyən edilməsi və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Sabunçu rayonunda “Susma, səsini eşitdir!” adlı yeni layihə həyata keçirilir. Bu məqsədlə Sabunçu rayonu üzrə bütün bələdiyyələrin inzibati binalarında xüsusi qutular yerləşdirilir.
   Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar artıq yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edə bilərlər.
   Qeyd edək ki, müraciət edənlərin anonimliyi qorunmaqla hər günün sonunda məktublar bələdiyyə nəzdində yeni yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyanın üzvləri tərəfindən araşdırılaraq müvafiq tədbir görülməsi üçün aiddiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupuna yönləndiriləcək.
   Müraciətlərin qısa zamanda araşdırılması üçün məktubda ünvan və əlaqə nömrələrinizi qeyd etməyiniz xahiş olunur.
   Siz yetər ki, susmayın, biganə qalmayın və səsinizi eşitdirin!
   Məişət zorakılığına birlikdə YOX deyək!
Keçidlər