Şriftin ölçüsü :

Saytın rəngi :

"27 sentyabr-Anım günü"nə həsr olunmuş Qazilər arasında amputant futbol turniri keçirildi

21 sentyabr 2021 | 20:00
22.06.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, 74 saylı tam orta məktəbin stadionunda "27 sentyabr-Anım günü"nə həsr olunmuş Qazilər arasında amputant futbol turniri keçirildi.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra turnir açıq elan edildi. Turnirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Əlizadə Fəqan, Sabunçu rayon Gənclər və İdman idarəsinin rəis müavini Malik Məmmədov və Qarabağ Amputant futbol klubunun direktoru Ramil Həbibov turnir iştirakçılarını salamlayaraq iştirakçılara  uğurlar arzu etdilər.
Sonda qaliblər Sabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən medal və diplomlarla təltif olundu.
 
Keçidlər