Sabunçu rayonunda Tvinninq layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Litva və Avstriyadan olan ekspertlərin iştirakı ilə görüş keçirildi
22 sentyabr 2021 | 20:00
23 sentyabr 2021-ci il tarixdə Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində Avropa İttifaqının maliyyələşdirdiyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Litva və Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi "Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsin üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində görüş keçirildi.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Komitənin məsul əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova və üzvləri, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Lalə Əhmədova və üzvləri, Sabunçu və Xəzər rayonlarının bələdiyyə sədrləri, bələdiyyələrdə yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyaların sədrləri, Sabunçu və Xəzər rayon İcra şöbələrinin məsul əməkdaşları və Tvinninq layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Litva və Avstriyadan olan ekspertlər iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova qonaqları salamlayaraq yerli icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qruplarının əhəmiyyəti və vəzifələri barədə ətraflı məlumat verdi. İctimaiyyətinin diqqətinin məişət zorakılığı ilə mübarizə mövzusuna yönəldilməsinin vacibliyini vurğulayan R.Fərəcova məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə artıq Sabunçu rayonu üzrə bütün bələdiyyələrin nəzdində Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyaların fəaliyyətə başladığını bildirdi. Qeyd olundu ki, Sabunçu rayonunda həyata keçirilən “Susma, səsini eşitdir!” adlı yeni layihə çərçivəsində rayon üzrə bütün bələdiyyələrin inzibati binalarında xüsusi qutular yerləşdirilmişdir. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar artıq yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edə bilərlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, layihə rəhbəri Sədaqət Qəhrəmanova Avropa İttifaqının maliyyələşdirdiyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Litva və Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi "Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsin üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində məişət zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər, həmçinin gələcəkdə regionlarda həyata keçirilməsi nəzərdə tutulan pilot layihələrlə bağlı geniş məlumat verdi.
Təqdimatla çıxış edən ekspertlər məişət zorakılığı ilə mübarizə sahəsində Avropa İttifaqı ölkələrinin təcrübələrini bölüşərək maarifləndirmə kampaniyaları haqqında ətraflı məlumat verdilər.
Görüş zamanı ekspertlərin iştirakı ilə məişət zorakılığına qarşı mübarizə metodları və ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparıldı.

Ətraflı linkdə: https://www.facebook.com/sabunchurih/posts/1991193211043639