Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi

26 sentyabr 2021 | 20:00
   27.09.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü” ilə əlaqədar Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Gülüstan parkında ağacəkmə aksiyası keçirildi.
  Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, Sabunçu Rayon Polis İdarəsi və Bakı Gənclər Mərkəzinin məsul əməkdaşları, o cümlədən Vətən müharibəsi qaziləri və  şəhid ailələrinin iştirakı ilə keçirilən aksiya çərçivəsində 400-dən çox ağac əkildi.
   Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!
Keçidlər