Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “27 sentyabr- Anım Günü” münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi

26 sentyabr 2021 | 20:00
   27.09.2021-ci il tarixdə “27 sentyabr - Anım günü” ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ictimaiyyətinin bir sıra nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələrinin iştirakı ilə rayonun qəsəbələrində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Keçidlər