Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbəsindəki 41 saylı Psixonevroloji Uşaq Sanatoriyasında uşaqlarla görüş keçirildi

02 iyun 2014 | 19:00

May ayının 31-də YAP Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyəti 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar  Ramana qəsəbəsindəki 41 saylı Psixonevroloji  Uşaq  Sanatoriyasında müalicə alan uşaqlarla görüş  keçirtdi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının  sədri Mehriban Abasquliyeva, RİH-nin əməkdaşları, Ramana İcra Nümayəndəsi və gənclər iştirak etdilər.
İlk öncə YAP Sabunçu rayon təşkilatının  sədri Mehriban Abasquliyeva  uşaqları salamlayaraq onları bayram münasibəti ilə təbrik etdi. M.Abasquliyeva vurğuladı ki,  Ulu öndər Heydər Əliyev  söyləyib   “Uşaqlar bizim gələcəyimizdir”.  Ölkəmizin gələcəyi uşaqların əlindədir, ona görə uşaqların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.
Sonra uşaqları təbrik edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova Azərbaycanda uşaqların müdafiəsi ən önəmli məsələ olduğundan həyata keçirilən layihələr  də bu məqsədə xidmət etdiyini bildirdi.
Tədbir uşaqların ifasında mahnı və şeir kompozisiyaları ilə davam edərək, onlar üçün hazırlanmış süfrə arxasında başa çatdı.

Keçidlər