2020-2021-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirildi
27 sentyabr 2021 | 20:00
28.09.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 2020-2021-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə ən yüksək nəticələr göstərmiş məzunlarla görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş məzunlar və onların təhsil aldığı təhsil müəssisələrinin direktorları iştirak edirdilər.
İlk olaraq Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bütün təhsil işçiləri, şagirdlər və tələbə adını qazanmış gəncləri yeni ənənəvi tədris ilinin başlanması münasibətilə təbrik etdi. Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd edən R.Fərəcova bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf və yeniliklərin daim müşahidə olunduğunu bildirdi. Dövlət başçısının ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş əsas hədəflər sırasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri və müasir avadanlıqlarla təmin olunmasının xüsusi yer aldığını bildirən R.Fərəcova görülən işlərin Prezident cənab İlham Əliyevin təhsil sahəsinə daim diqqət və qayğı ilə yanaşmasının nəticəsi olduğunu diqqətə çatdırdı.
Sonra 2020-2021-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə ən yüksək nəticələr göstərmiş məzunlar və onların təhsil aldığı təhsil müəssisələrinin direktorlarına Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu.