Sabunçu qəsəbəsində Vətən müharibəsi şəhidi Cəfərzadə İsrail Namiq oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub
29 sentyabr 2021 | 20:00
30.09.2021-ci il tarixdə Sabunçu qəsəbəsində Vətən müharibəsi şəhidi Cəfərzadə İsrail Namiq oğlunun doğum günündə şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Misirxan Vəliyev və YAP Sabunçu rayon təşkilatının əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.
Daha sonra şəhid Cəfərzadə İsrail Namiq oğlunun evində yaradılmış ev muzeyinin və şəhidin adına düzəldilmiş bulağın açılışında iştirak edildi.
Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan İ.Cəfərzadənin ailə üzvlərinə səbr arzulayan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, Cəfərzadə İsrail Namiq oğlu 30.09.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2016-cı ildə Sabunçu rayonu, 148 saylı tam orta məktəbi bitirmiş. Bakı Dövlət Peşə Təhsili Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İdmanla məşğul olan İ.Cəfərzadə qatıldığı yarışlarda nailiyyətlər əldə etmişdir. 02.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan İ.Cəfərzadə xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə 28.05.2020-ci il tarixində çavuş rütbəsi almışdır.
İ.Cəfərzadə Vətən müharibəsi zamanı 16.10.2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və heç zaman unutmayacaq.
Allah rəhmət eləsin!