Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı ilə mübarizə sahəsində müxtəlif qurumlardan olan nümayəndələrin iştirakı ilə birgə təlimlər keçirildi

30 sentyabr 2021 | 20:00
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində 27 sentyabr - 01 oktyabr 2021-ci il tarixlərində 5 gün olmaqla təlimlər keçirildi.
   Təlimlərdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova və Monitorinq Qrupunun üzvləri də iştirak edirdilər.
Litva və Avstriyadan olan ekspertlər tərəfindən aparılan təlimlər “Təlimçilərin təlimi” konsepsiyası üzrə təşkil olundu.
  Təlimlərin əsas mövzusu Tvinninq layihəsinin ekspertləri tərəfinən qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq işlənib hazırlanmış məişət zorakılığı göstəriciləri və risk qiymətləndirmə meyarları oldu. Bu meyarlar sözügedən qurumlara məişət zorakılığından zərərçəkmiş şəxslərə yardımın göstərilməsi və zərəryetirənlərlə işin aparılması sahəsində görülən tədbirləri strukturlaşdırmağa və prioritetləşdirməyə, eləcə də görülmüş tədbirlər barədə hesabatlılığın və şəffaflığın artırılmasına imkan yaradacaq. 
Keçidlər