Şriftin ölçüsü :

Saytın rəngi :

Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın iclası keçirilmişdir

07 oktyabr 2021 | 20:00
08.10.2021-ci il tarixdə şəhid ailələri üzvlərinin, müharibədə xəsarət almış hərbi qulluqçuların və müharibə əlillərinin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərlə bağlı qurumların fəaliyyətinin əlaqələndirilməsi üçün yaradılmış Əlaqələndirmə Komissiyasının iclası keçirilmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrlik etdiyi Komissiyanın iclasında vahid əlaqələndirmə mərkəzlərində 26 istiqamətdə xidmət göstərən 19 dövlət orqanından biri olan Sabunçu Rayon İcra Hakimiyyətini təmsil edən Rayon İcra Hakimiyyəti başçısının müavini, Əlaqələndirmə Komissiyasının üzvü Rəna Fərəcova da iştirak etmişdir.
S.Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasının şəhid ailələri və qazilərə yüksək diqqət və qayğının daha bir təzahürü olduğunu vurğulamışdır. Vahid əlaqələndirmə mərkəzlərində bu kateqoriyadan olan vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlərin vahid məkandan, operativ, şəffaf, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilməsinin mühüm dəstək tədbirlərindən biri olduğunu bildirmişdir.
İclasda vahid əlaqələndirmə mərkəzlərinin yaradılması işlərinə və bu mərkəzlərdə müraciətlərin qəbulu, həmin müraciətlərdə əksini tapan məsələlərin aidiyyəti qurumlarla birgə əlaqəli şəkildə operativ həlli istiqamətində aparılan işlərə dair təqdimat nümayiş etdirilmişdir.
Qeyd olunmuşdur ki, DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində indiyədək Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmin müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1461 nəfər (o cümlədən “142 - Çağrı mərkəzi” vasitəsilə 155 müraciət) qəbul edilmişdir.
İclasda ölkəmizin regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin qurulması işlərinin aparıldığı diqqətə çatdırılmışdır. Qeyd edilən mərkəzlərdə göstərilən xidmətlərlə bağlı qurumların fəaliyyətinin əlaqələndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Keçidlər