Şriftin ölçüsü :

Saytın rəngi :

Balaxanı qəsəbəsində Vətən müharibəsi şəhidi İbrahimov Müşviq Nəbi oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub

07 oktyabr 2021 | 20:00
   08 oktyabr 2021-ci ildə şəhidin il dönümündə Balaxanı qəsəbəsində Vətən müharibəsi şəhidi İbrahimov Müşviq Nəbi  oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi hacı İlham Səlimov, Balaxanı Cümə məscidinin axundu hacı Bəxtiyar Əlyarlı, Balaxanı bələdiyəsinin sədri Bahadur Haşımov, Balaxanı Kənd Ağsaqqallar Şurasının sədri Hacı Həsən Vəliyev, din xadimi hacı Ramil Dadaşov, 22 saylı poliknikanın baş həkimi Aydın Əhmədov, Balaxanı “Vəhdət” qrupunun üzvləri,  şəhidin ailə üzvləri, döyüş yoldaşları  və qəsəbə sakinləri iştirak etmişdir.
   Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs etmiş,  ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən danışaraq gənclərə nümunə göstərmişlər.
   Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
İbrahimov Müşfiq Nəbi oğlu 11.01.1995-ci ildə Sabunçu rayonu,  Bakıxanov qəsəbəsində anadan olmuşdur.
Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 saylı tam orta məktəbi bitirmişdir.
2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
06.10.2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
08.10.2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər