Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Quliyev İlkin Rəfail oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub
09 oktyabr 2021 | 20:00
10 oktyabr 2021-ci ildə Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Quliyev İlkin Rəfail oğlunun il dönümündə xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı cənab Adil Vəliyev, Sabunçu rayon polis idarəsinin əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Quliyev İlkin Rəfail oğlu 15.04.2002-ci ildə Rusiya Federasiyasının, Moskva şəhəri, İzmayılovski rayonunda anadan olmuşdur.
2007-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür.
2019-cu ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbi bitirmişdir.
Qərbi Kaspi universitetinin nəzdindəki kollecin məzunu olmuşdur.
2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
09.10.2020-ci ildə Füzuli rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
10.10.2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.