Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Quliyev Asim Bəkir oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub
11 oktyabr 2021 | 20:00
12 oktyabr 2021-ci ildə Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Quliyev Asim Bəkir oğlunun ildönümündə şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Misirxan Vəliyev və YAP Sabunçu rayon təşkilatının əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs etmiş, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Vətən müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən danışaraq gənclərə nümunə göstərmişlər.
Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Quliyev Asim Bəkir oğlu 02.03.1996-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur.
2012-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 107 saylı tam orta məktəbi bitirmişdir.
Həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmət zamanı aprel döyüşlərində iştirak etmişdir.
Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
12.10.2020-ci ildə Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
12.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.