Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda təlim keçirildi

14 oktyabr 2021 | 20:00
  15 oktyabr 2021-ci il tarixdə Sabunçu Gənclər Evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq əməyinin istismarı hallarının aşkar edilməsi və qarşısının alınması istiqamətində qurumlararası əlaqələrin möhkəmləndirilməsi məqsədilə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda təlim keçirildi.
   Təlimdə Bakı şəhəri üzrə yerli icra hakimiyyətlərində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların sədrləri, məsul katibləri, polis orqanlarının Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsi və Post Patrul Xidməti əməkdaşları, həmçinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri iştirak edirdilər.
Komitənin Uşaq problemləri şöbəsinin əməkdaşları Şəbnəm Əlizadə, Könül Tağızadə və Həsən Əliyev,  “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək   Siyasəti şöbəsinin əməkdaşı Fəridə Hacıyeva ekspert qismində çıxış edərək iştirakçılara uşaq əməyinin qarşısının alınması, onların məcburi əməyə cəlb olunması zamanı həyata keçiriləcək tədbirlər və eyni zamanda işin profilaktikası istiqamətində ətraflı məlumat verdilər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.
Keçidlər