Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Əfqanıstan müharibəsinin sona çatmasının 25 illiyi qeyd olundu

05 iyun 2014 | 19:00

İyun ayının 5-də Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi münasibətilə Əfqanıstan müharibəsi veteranları ilə görüş keçirilmişdir.  Görüşdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi Sabunçu rayon filialının və 40 nəfər Sabunçu rayonundan olan Əfqanıstan veteranları iştirak edib.
Tədbirdə Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi. Sonra Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova Əfqanıstan müharibəsi veteranlarının keçdikləri mübariz döyüş yolunun hər cür hörmət və ehtirama layiq olduğunu bildirdi. A.Məmmədova vurğuladı  ki, Ulu öndər Heydər Əliyev xalqın tələb və istəyi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan müharibəsi veteranlarına olan münasibət kökündən dəyişdi, məhz bu tədbirin keçirilməsi də dövlətimizin veteranlara diqqətinin təzahürünün bir nümunəsidir. Azərbaycan müharibə veteranlarının mənzil təminatına, onların sosial qayğılarına diqqət yetirən azsaylı ölkələrdən biridir.
Veteranlar adından çıxış edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Sabunçu rayon filialının sədri Elmidar Əsgərov onlara göstərilən diqqət və qayğıya görə ilk növbədə dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi. E.Əsgərov və görüşdə çıxış edən digər veteranlar Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlıların keçdiyi şərəfli döyüş yolundan danışdılar.
Görüşün sonunda müharibədə iştirak edən və Sabunçu rayonundan olan 40 veterana "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı"nın və maddi yardımın təqdim edilməsi mərasimi keçirildi.

Keçidlər