Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Xaliq Kamil oğlunun ildönümü mərasimi keçirilib

15 oktyabr 2021 | 20:00
   16 oktyabr 2021-ci ildə Nardaran qəsəbəsində Vətən müharibəsi şəhidi Hüseynov Xaliq Kamil oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Avtandil Hüseynzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Azər Məmmədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
Hüseynov Xaliq Kamil oğlu 20.09.2001-ci ildə Sabunçu rayonu, Nardaran qəsəbəsində anadan olmuşdur.
Xaliq Hüseynov 295 saylı tam orta məktəbin 9-cu sinifni bitirib, 13 saylı Bakı Peşə məktəbində çilingərlik peşəsinə yiyələnmişdir.
2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
16.10.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
17.10.2020-ci ildə Sabunçu rayonu, Nardaran qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
 
Keçidlər