Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Cəfərzadə İsrail Namiq oğlunun ildönümü mərasimi keçirilib

17 oktyabr 2021 | 20:00
18 oktyabr 2021-ci ildə Vətən müharibəsi şəhidi Cəfərzadə İsrail Namiq oğlunun ildönümü mərasimi qeyd olundu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev, Mili Məclisin deputatı Əlabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir. Mərasim iştirakçıları şəhid Cəfərzadə İsrail Namiq oğlunun evində yaradılmış ev muzeyi ilə tanış olmuşlar. 
Qeyd edək ki, Cəfərzadə İsrayıl Namiq oğlu 30.09.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2016-cı ildə Sabunçu rayonu, 148 saylı tam orta məktəbi bitirmiş. Bakı Dövlət Peşə Təhsili Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İdmanla məşğul olan İ.Cəfərzadə qatıldığı yarışlarda nailiyyətlər əldə etmişdir. 02.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan İ.Cəfərzadə xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə 28.05.2020-ci il tarixində çavuş rütbəsi almışdır.
İ.Cəfərzadə Vətən müharibəsi zamanı 16.10.2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və heç zaman unutmayacaq.
Allah rəhmət eləsin!
 
Keçidlər