Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Nəsirov Əfqan Ramil oğlunun ildönümündə şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu
20 oktyabr 2021 | 20:00
21 oktyabr 2021-ci ildə Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Nəsirov Əfqan Ramil oğlunun ildönümündə şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı cənab Adil Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayonu üzrə şöbə müdiri Beytulla Quliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Nəsirov Əfqan Ramil oğlu 20.03.2001-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində anadan olmuşdur.
2018 ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta məktəb bitirmişdir.
2019-cu ilin yiul ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
20.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
21.10.2020-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!