Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan İbrahimli Məhəmmədəli Mütəllim oğlunun ailəsi ilə görüş keçirildi.

21 oktyabr 2021 | 20:00
22.10.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna  Fərəcova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan İbrahimli Məhəmmədəli Mütəllim oğlunun ailəsini ziyarət etmiş, onların problem və qayğıları ilə maraqlanmış və şəhidimizin mənalı həyat və şərəfli döyüş yoluna həsr olunan otağında  şəxsi əşyaları, təhsil sahəsində qazandığı uğurlar və idman sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmuşlar.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
 
Keçidlər