Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Cəfərzadə İsrail Namiq oğlunun ildönümü mərasimi keçirilib

25 oktyabr 2021 | 20:00

26 oktyabr  2021-ci ildə Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Səttarov Emin Ramil oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
Səttarov Emin Rami oğlu 25.05.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur.
2018-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli Sanatoriya tipli İnternat məktəbini bitirmişdir.
08.07.2020-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli, Xocavənd istiqamətində istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
24.10.2020-ci ildə Qubadlı rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
26.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Keçidlər