Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan oğlunun ildönümü mərasimi keçirilib

26 oktyabr 2021 | 20:00
   27 oktyabr 2021-ci ildə Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Səmədov Məhərrəm Elxan  oğlunun ildönümü qeyd olundu.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseynzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, və qəsəbə sakinləri iştirak etmişdir.
Səmədov Məhərrəm Elxan oğlu. 27.03.2001-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur.
Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 209 saylı tam orta məktəbin 9-cu sinifini bitirmişdir.
2016-cı ildə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 101 saylı peşə məktəbində oxumuşdur.
Peşə məktəbini bitirdikdən sonra həqiqi  hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Cəbrayıl və Ağdərə istiqamətində istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
06.10.2020-ci ildə Tərtər rayon istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid omuşdur.
24.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Keçidlər