Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Mehtiyev Taleh Musa oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub

27 oktyabr 2021 | 20:00
   28 oktyabr 2021-ci ildə Sabunçu qəsəbəsində Vətən müharibəsi şəhidi Mehtiyev Taleh Musa oğlunun ad günündə  şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
Mehtiyev Taleh Musa oğlu 28.10.2001-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsində anadan olmuşdur.
2017-ci ildə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 170 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.
2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Suqovuşan uğrunda  gedən döyüşlərdə iştirak etmişdir.
07.10.2020-ci ildə Tərtər istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
08.10.2020-ci ildə Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Keçidlər