Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Türkman Yolçu oğlunun ildönümü mərasimi keçirilib

31 oktyabr 2021 | 20:00
   01 Noyabr 2021-ci il tarixində Vətən müharibəsi şəhidi Məmmədov Türkman Yolçu oğlunun ildönümü mərasimi qeyd olundu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon Prokuroru İbrahim Ləmbəranski, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov,  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
Məmmədov Türkman Yolçu oğlu 28.09.1998-ci ildə Gədəbəy rayonu, Şınıx mahalı Hacılar kəndində anadan olmuşdur. 2000-ci ildən etibarən Türkman Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşamağa başlamışdır. 2019-cu ildə N saylı hərbi hissədə xidmətə başlayır. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən Türkman oktyabrın 27-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 1 noyabr 2020-ci ildə Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur.
Keçidlər