Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Tağıyev Kamran Fikrət oğlunun ildönümü mərasimi keçirilib

30 oktyabr 2021 | 20:00
   31 oktyabr 2021-ci il tarixində Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Tağıyev Kamran Fikrət oğlunun ildönümü qeyd olundu.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Maştağa bələdiyyəsinin sədri Mikayıl Məmmədov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, və qəsəbə sakinləri iştirak etmişdir.
Tağıyev Kamran Fikrət oğlu. 27.09.2001-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur.
2017-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 108 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.
2019-cuilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
30.10.2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
31.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”  medalı ilə təltif olunub.
Keçidlər