Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Zahirov Nazim Həmzə oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub

30 oktyabr 2021 | 20:00
   31 oktyabr 2021-ci il tarixində Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Zahirov Nazim Həmzə oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı oldu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov, Milli Məclisin Deputatı Fazil Mustafa, Sabunçu Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısnın Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Ruhin Orucov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının I müavini Güloğlan Məmmədov şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs etmiş,  ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, Vətən müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən danışaraq gənclərə nümunə göstərmişlər.
Daha sonra tədbirdə məktəblilərin  ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Zahirov Nazim Həmzə oğlu. 25.06.2001-ci ildə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur.
2018-ci ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbi bitirmişdir.
2019-cu ildə Dövlət Dəmir Yol litseyini bitirmişdir.
2019-cu ilin iyul ayında həqiqi  hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
01.10.2020-ci ildə Talış-Suqovuşan uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
29.11.2020-ci ildə Ramana qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Keçidlər