Sabunçu rayonunda “8 noyabr – Zəfər Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
07 noyabr 2021 | 20:00
08.11.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Balaxanı qəsəbə Bələdiyyəsi, Bakı Abadlıq Xidməti və Balaxanı Beynəlxalq Əməliyyat şirkətinin təşkilatçılığı ilə “8 noyabr – Zəfər Günü” ilə əlaqədar Sabunçu rayonunun Balaxanı qəsəbəsində ağacəkmə aksiyası keçirildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Balaxanı Bələdiyyə sədri Bahadır Haşımov, həmçinin Vətən müharibəsi qaziləri, Balaxanı qəsəbəsi üzrə ümumtəhsil müəssisələrinin nümayəndələri və Balaxanı qəsəbəsinin bir qrup fəal gəncinin iştirakı ilə keçirilən aksiya çərçivəsində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Sabunçu rayonu üzrə 68 şəhidimizin əziz xatirəsinə 68 ağac əkildi.

Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!