Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun fəal gəncləri şəhid Cəfərzadə İsrail Namiq oğlunun evində yaradılmış ev muzeyini ziyarət etdilər

04 noyabr 2021 | 20:00
  05.11.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə Sabunçu rayonunun bir qrup fəal gəncinin Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Cəfərzadə İsrail Namiq oğlunun evində yaradılmış ev muzeyinə ziyarəti təşkil edilmişdir.
  Cəfərzadə İsrail Namiq oğlu 30.09.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 2016-cı ildə Sabunçu rayonu, 148 saylı tam orta məktəbi bitirmiş və Bakı Dövlət Peşə Təhsili Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. İdmanla məşğul olan İ.Cəfərzadə qatıldığı yarışlarda nailiyyətlər əldə etmişdir. 02.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağırılan İ.Cəfərzadə xidmət etdiyi dövr ərzində həm insani keyfiyyətləri, həm də əsgər məsuliyyəti ilə bölükdə seçildiyinə görə 28.05.2020-ci il tarixində çavuş rütbəsi almışdır.
İ.Cəfərzadə Vətən müharibəsi zamanı 16.10.2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində düşmən hücumunun qarşısını dəf edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən Uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
   Allah rəhmət eləsin!
Keçidlər