Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 15 Iyun – Milli Qurtuluş Gününə həsr olunmuş növbəti tədbir keçirildi

17 iyun 2014 | 19:00

Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14 İyun 2014-cü il tarixində Bakıxanov qəsəbəsi, 252 saylı tam orta məktəbdə 15 İyun Qurtuluş gününə həsr olunmuş Azərbaycan tarixi üzrə “Tariximizi unutmayaq” adlı intellektual-bilik yarışının final mərhələsi keçirilmişdir. Tədbirdə Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Sabunçu rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, yarışda iştirak edən məktəblərin direktorları və fəal gənclər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, 15 İyun Qurtuluş Günü münasibəti ilə video çarx nümayiş olundu. “Tariximizi unutmayaq” adlı intellektual-bilik yarışının Respublikamızın hər bir bölgəsində keçirilməsinin vacibliyini vurğulayan layihə rəhbəri və aparıcısı İlyas Hüseynov bildirdi ki: layihənin keçirilməsinin əsas məqsədi Sabunçu rayonunun orta ümumtəhsil məktəblərində Azərbaycan tarixinə olan marağın daha da artırılması, vətənimizin tarixinin daha da geniş kütlələrə təbliği və vətənpərvər gənclərin formalaşmasına yardımçı olmaqdan ibarətdir. Son iki il ərzində Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən aparılan gənclər siyasəti, istedadlı, bacarıqlı və yüksək intellektual potensiala malik yeniyetmə və gənclərin araşdırılması üçün böyük işlər görülmüşdür. Bu bilik yarışı da həmin tədbirlər silsiləsindəndir.
Bu finala gedən yolda ilkin yarımfinal görüşləri 26, 27 may tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 96-cı ildönümü münasibəti ilə keçirilmişdir.
Münsiflər heyətinin, tarixçi ekspertlərin və yarışma iştirakçılarının təqdimatından sonra yarışın qaydaları izah edildi. Yarışda “Qız Qalası” komandasının üzvləri Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin şagirdi 11-ci sinif şagirdi Təhməzli Nuranə, Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin 10-cu sinif şagirdi Hüseynova Humay, Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Hümbətova Xatirə, Bakıxanov qəsəbəsi, 310 nömrəli tam orta məkəbin 10-cu sinif şagirdi İbrahimova Zümrüd, Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Bayramova Səlimə və Bakıxanov qəsəbəsi, 169 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Novruzova Sevinc gərgin mübarizədə 2-1 hesabı ilə qalib gələrək diplomlarla təltif olundular.  Yarışda məğlub olan “Şirvanşahlar sarayı” komandasının üzvləri Zabrat qəsəbəsi, 192 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Məmmədli İntizar, Bakıxanov qəsəbəsi, 80 nömrəli tam orta məkəbin 10-cu sinif şagirdi Nağıyeva Günel, Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əhmədov Sahib və Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Yaqublu Sübhanə, Əliyeva Ruhəngiz və Alyamov Aşur xatirə hədiyyələri ilə təltif olundular.
Yarışda son sözlə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev bu tədbirin Azərbaycan tarixinə həsr olunduğunu xüsusi vurğulayaq bu yarışın mütəmadi təşkil olunmasını təklif etdi. A.Vəliyev Sabunçu rayonunun məktəbliləri arasında olan “Tariximizi unutmayaq” adlı intellektual-bilik yarışında fərqlənən gənclərin gələcəkda da Sabunçu rayonunu digər bilik yarışlarında yüksək nəticə ilə təmsil etməyi tövsiyyə etdi.
Yüksək intellektual potensialı olan gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsi olaraq, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən yarışda qalib gələn “Qız Qalası” komandasının üzvü olan 6 gəncə və layihənin rəhbəri İlyas Hüseynova cari ilin avqust ayında  Türkiyənin İstanbul şəhərinə istirahət paketi təqdim edilmişdir.  Tədbirin sonunda layihə rəhbəri, Sabunçu rayonu İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi İlyas Hüseynova və qalib komandanın hər bir üzvünə diplom və hədiyyələr təqdim  olundu.

 

Keçidlər