Sabunçu rayonunda “8 noyabr – Zəfər Günü” münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi
06.11.2021-ci il tarixdə “8 noyabr – Zəfər Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, YAP Sabunçu rayon Təşkilatının sədri Misirxan Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ictimaiyyətinin bir sıra nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qaziləri və şəhid ailələrinin iştirakı ilə rayonun qəsəbələrində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edildi, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edildi.