Sabunçu rayonunda “8 noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirildi
05 noyabr 2021 | 20:00
06.11.2021-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “8 noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin deputatı Əliabbas Salahzadə, YAP Sabunçu rayon Təşkilatının sədri Misirxan Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, rayon ictimaiyyətinin bir sıra nümayəndələri və Vətən müharibəsi iştirakçıları iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını “8 noyabr – Zəfər Günü” münasibətilə təbrik edərək bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı və 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atdı. Qeyd olundu ki, Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. A.Vəliyev vurğuladı ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək nəinki torpaqlarımızın işğaldan azad olunmasına, eyni zamanda beynəlxalq səviyyədə haqq və ədalətin bərpasına nail oldu.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəis müavini, mayor Xəyyam Babayev, YAP Sabunçu rayon Təşkilatının sədri Misirxan Vəliyev, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Sabunçu rayon Təşkilatının sədri Zülfüqar Cəfərov və Rayon Ağsaqqallar Şurasının sədri Səməndər Məmmədov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açdılar, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarına Allahdan rəhmət, qazilərimizə şəfa dilədilər.
Tədbirin sonunda Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulan və fərqlənən bir qrup rayon sakinlərinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən Fəxri Fərmanlar təqdim edildi.